Azərbaycanda 182 min nəfər şəkərli diabet xəstəliyindən əziyyət çəkir
- 12.11.2013, 15:20,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə 182 min nəfər təşkil edir.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeydə alınıb. Güman olunur ki, insanların 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir.
Qeyd olunub ki, Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır: “Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun tətbiq edilməsi barədə ölkə prezidentinin fərmanına uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib”.