Star TV-də yayımlanan “O səs Türkiyə” yarışmasında çıxış edən iştirakçı qız münsiflər heyətini heyran qoyub.
Live.az-ın məlumatına görə, Tuğçe Gendigelen adlı qız azərbaycanlı olduğunu deyib.
Türkiyədə yaşayaraq təhsil alan 23 yaşlı qız mahnını hind, ərəb və ingilis dillərində oxuyaraq hər kəsi təəccübləndirib. Münsiflər heyəti üzvləri - Ebru Gündəş, Hadisə, Murat Boz və Göhkan iştirakçını öz komandalarında görmək üçün əsl mübarizəyə girişiblər.