Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 20-ə çatıb

Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 20-ə çatıb Cari ilin noyabr ayında Rumıniyanın qərb regionu, Macarıstan ilə sərhəddə yerləşən Oradea şəhərində iki yanacaqdoldurma məntəqəsi (YDM), Piatra Neamt şəhərində bir YDM (artıq bu şəhərdə SOCAR brendi ilə ikinci stansiya) və Buxarest şəhərindən 150 km məsafədə, Ukraynaya gedən Avropa yolu üzərində, Buzau şəhərində bir stansiya olmaqla cəmi 4 stansiya tikilərək bütün icazələri alınıb və istifadəyə verilib. Bu barədə Trend-ə "SOCAR Romania"dan bildirilib.

Məlumatda qeyd olunur ki, YDM-lərdə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları və maye qazın satışı həyata keçirilir, həmçinin 6 kiçik avtomobil nəqliyyatının və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsi üçün şəraiti yaradılıb.

YDM-lərdə ənənəvi olaraq "NAR" kafe fəaliyyət göstərir və 24 saat pulsuz internet xidmətləri mövcuddur.

Bununla da Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 20-yə çatıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri