Azərbaycanda müğənninin qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
- 12.11.2013, 18:13,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Samir Mustafayevin qətlində təqsirləndirilən Aydın Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, prosesdə anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə noyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, iyulun 12-si saat 02.00 radələrində Salamzadə küçəsi, 34 ünvanından 25-30 yaşlarında kişi çoxsaylı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə gətirilib və orada ölüb.
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlə yetirilmiş şəxsin Tərtər rayon sakini Samir Mustafayev olması müəyyən edilib. Cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Aydın Orucov tutulub.
İstintaq zamanı məlum olub ki, A. Orucov gecə S. Mustafayevi evlərində görüb. Onun oğru olduğunu zənn edib və aralarında mübahisə düşüb. Nəticədə A. Orucov S. Mustafayevi bıçaqlayaraq qətlə yetirib. Araşdırmalar zamanı A. Orucovun anasının S. Mustafayevlə sevgi münasibətlərinin olması müəyyən edilib.
Qeyd edək ki, mərhum muğam ifaçısı olub.
Onu da əlavə edək ki, prosesdən sonra tərəflər arasında dava düşüb. Samir Mustafayevin anası və Aydın Orucovun atasının qohumları Aydın Orucovun anasını döyüblər. Onları ətrafdakılar sakitləşdiriblər.