Bakıda betontökən maşın elektrik xəttinin məftillərini qırıb

“Bakıelektrikşəbəkə” ASC-nin istismarında olan “Radiozavod” budaqlanması hava xəttində “İR-SERVİS” tikinti təşkilatına məxsus iri qabaritli betontökən maşının hava xəttinin məftillərinə toxunaraq onları qırması nəticəsində qəza baş verib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qısaqapanma nəticəsində 110 kV-luq 1-ci və 2-ci “8-ci km” hava xəttində ilgək və məftillər yanaraq qırılıb, tələbatçıların enerji təchizatında fasilə yaranıb və “Azərenerji” ASC-yə külli miqdarda ziyan dəyib.

Həyata keçirilmiş operativ tədbirlər sayəsində qəzanın nəticələri qısa vaxt ərzində aradan qaldırılıb və enerji təchizatı bərpa olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri