Əli Mənsimli: «Azərbaycanda kölgə iqtisadiyyatını vergiyə cəlb etməklə büdcəyə əlavə 100 mln. manat cəlb etmək olar»

Azərbaycanda kölgə iqtisadiyyatını vergilərə cəlb etməklə dövlət büdcəsinə əlavə olaraq 100 mln. manat cəlb etmək mümkündür.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Əli Mənsimli bildirib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyinin əsasnaməsi yenidən işlənilməli və qurumun onun səlahiyyətləri artırılmalıdır: «Bundan sonra Nazirlik daha çox vəsait cəlb edərək büdcəyə köçürə biləcək. Həmçinin, regionları daha da inkişaf etdirərək büdcəyə əlavə vəsaitlər cəlb etmək mümkündür».

Ə.Mənsimli qeyd edib ki, Azərbaycanda əmək haqları artırılmalıdır: «Əsas diqqət təhsil sisteminə yönəlməlir. Azərbaycanda müəllimlərin maaşı heç 150 manata, məktəb direktorlarının maaşları isə heç 300 manata çatmır».

İclasda çıxış edən millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycanda çoxlu sayda yeni binalar tikilir, geniş tikinti işləri aparır: «Amma nədənsə, bu, özünü yerli vergi büdcəsində göstərmir. Baxmayaraq ki, əksər tikinti materialları regionlardan gətirilir».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri