Gürcüstanda polis əməkdaşını döyərək, qulağını kəsiblər
- 12.11.2013, 18:32,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan Daxili İşlər Nazirliyi Zuqdididə patrul polisi əməkdaşının vəhşicəsinə döyülməsinə münasibət bildirib.
APA-nın “Novosti Qruziya”ya istinadən xəbərinə görə, DİN mətbuat xidmətinin rəhbəri Nino Qiorqobiani hadisənin qisas zəminində baş verdiyini söyləyib.
“İmedi” telekanalının məlumatına görə, toyda iştirak edən polis əməkdaşı dostunun rəfiqəsini zorlamaq istəyib. N.Qiorqobiani dolayı yolla bu xəbəri təsdiqləyib: “Onun dostu ilə münaqişəsi olub və bu zəmində də döyülüb. Şahidlər və zərərçəkən qız var”.
Zorlama faktı təsdiqlənərsə, cinayət işi açılacaq.
Qeyd edək ki, noyabrın 12-də Zuqdididəki prezident rezidensiyasının yaxınlığında hərəkətdə olan avtobusdan polis əməkdaşı atılıb. O, soyundurulmuş vəziyyətdə, qan içində, ayaqları qırılmış və qulağı kəsilmiş olub.