Azərbaycanda yükdaşıma tarifləri ucuzlaşıb
- 08.05.2013, 01:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2013-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1 faiz, tranzit üzrə 9,4 faiz, idxal üzrə 7,1 faiz, ixrac üzrə 4,3 faiz, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 16,7 faiz bahalaşıb.
Ay ərzində dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri, müvafiq olaraq, 1,5 və 0,4 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4 faiz ucuzlaşıb.
Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 6,2 faiz ucuzlaşıb.