Azərbaycanın müdafiə naziri yenidən cəbhə bölgəsinə səfər edib

Azərbaycanın müdafiə naziri yenidən cəbhə bölgəsinə səfər edib Azərbaycanın müdafiə naziri Beyləqana səfər edib.


APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beyləqan Hərbi Birləşməsinin (2-ci Ordu Korpusu) şəxsi heyəti ilə görüşəcək.


Z. Həsənovun Beyləqanda yerləşən bir neçə hərbi hissəyə baş çəkəcəyi və vəziyyətlə yerində tanış olacağı bildirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən nazirin səfərinə münasibət öyrənmək mümkün olmayıb.


Qeyd edək ki, Z. Həsənov müdafiə naziri təyin olunandan sonra cəbhə bölgəsindəki hərbi birləşmələrə baş çəkir.
Şərhlər
Sosial bölməsinin xəbərləri