Rəcəb Tayyib Ərdoğan: “Dağlıq Qarabağ problemi Azərbaycanın hansı səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir”

“Dağlıq Qarabağ problemi Azərbaycanın nə səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir.

Problemin sülh yolu ilə həlli məsələsində Azərbaycana şərtsiz dəstəyimiz davam etməkdədir”. APA-nın məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.

Azərbaycanla əlaqələrin mükəmməl şəkildə davam etdiyini söyləyən R. T. Ərdoğan siyasi sahədə münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını da qeyd edib: “2020-ci ildə 15 milyard dollarlıq bir ticarət həcminə nail olacağıq. Əlaqədar nazirliklər bu istiqamətdə çalışırlar. Müdafiə sənayesində müştərək addımlar ata bilərik. Tək millət olmağın məsuliyyətinə uyğun siyasi sahədə qərarlarımızı ortaya qoyuruq”.

Türkiyə baş naziri viza məsələsinə də toxunub və bu işlə iqtisadiyyat nazirlərinin məşğul olacaqlarını bildirib. Azərbaycan prezidenti isə viza məsələsində alimlər, iş adamları və tələbələrə üstünlük veriləcəyini söyləyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri