Sabahdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın buludlu olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, günün birinci yarısında 18 dərəcəyədək, axşama doğru 10-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 15-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri