Bakının mərkəzində məşhur restoranda söküntü
- 14.11.2013, 13:48,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kafe yerləşdiyi binanın görkəminə xələl gətirirmiş.
“Torqovı”dakı məşhur restoran söküldü.
Live.Az Milli.Az-a istinadən xəbər verir, A.Əlizadə və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Kafe Mozart”ın bir hissəsi dağıdılıb.
Binanın birinci mərtəbəsində yerləşən kafenin qarşısında dəmir birləşmələr artırılmışdı. Hazırda isə həmin hissə sökülüb.
Kafedən söküntünün niyə və hansı qurum tərəfindən aparılması barədə açıqlama verilmədi.
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü onlar tərəfindən aparılmayıb.
Məlumata görə, kafenin yerləşdiyi bina Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsusdur. Kafenin qarşısındakı əlavə tikili binanın xarici görkəminə xələl gətirdiyindən həmin qurum tərəfindən sökülüb.