Siz təhsilə yardım edə bilərsiz: “Hamı üçün təhsil" lotoreya kampaniyası

Siz təhsilə yardım edə bilərsiz: “Hamı üçün təhsil" lotoreya kampaniyası Təhsilli insan zəngin mənəviyyata və mədəniyyətə sahib olur. Rəsmi statistikaya əsasən hal-hazırda ölkə üzrə 0-6 yaş uşaqların 23%-i məktəbəqədər təhsilə cəlb olunub, bu rəqəm şəhərlərdə yaşayan uşaqların 15%-ini, regionlarda yaşayan uşaqların isə 8%-ni əhatə edir. Bu da 0-6 yaşlı uşaqların 77%-nin məktəbəqədər təhsildən kənarda qalması deməkdir.Səbəblər isə: yaşadığı ərazi, yoxsulluq, əlillik, məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçalarinin) azlığıdır.

Artıq 2 ildir ki, Avropa Birliyinin maliyyə dəstəyi ilə UAFA 4 regionda (Sumqayıt, Siyəzən, Biləsuvar, Lənkəran) Özünə Dəstək Qrupları vasitəsilə məktəbəqədər təhsil layihəsini uğurla həyata keçirir. Rüblük layihə hesabatları və qiymətləndirmə testləri bir daha uğurlu nəticələri təsdiq edir! UAFA bu layihənin davamı kimi təhsildən təcrid olunmuş 77% uşaqların təhsilə cəlb edilməsi niyyətindədir, bunun üçün isə müəyyən maliyyə vəsaiti lazımdır.

UAFA vətəndaşların, ailələrin və dövlətin diqqətini bu katastrofik rəqəmə yönəltməklə daha dərindən düşündürmək və maliyyə vəsaiti qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənən lotereya kampaniyasına start verir.

Lotereya biletləri ALMA STORE, VESTEL mağazalarında; UAFA mərkəzlərində; 28 CINEMA və 28Mall, ParkBulvar, MetroPark AVM-lərində satılacaq.

Lotereyada "AZAL" aviaşirkəti tərəfindən 2014-cü il ərzində Avorpanın məhşur 4 şəhərindən birinə (London, Paris, Roma və ya Madrid) iki istiqamətli Ekonomklass “2 nəfərlik səyahət” bileti, Vestel və Alma Store-dan ianə olunmuş müxtəlif hədiyyələr oynanılacaqdır.Biletlərin satışı noyabr-dekabr ayları ərzində həyata keçiriləcək. Lotereyanın uduş fondu isə Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu ərazisində 28 dekabr 2013 tarixdə oynanılacaqdır. Həmin gün UAFA haqda məlumat yerləşdirilmiş 5000 sayda xüsusi şar kampaniyanın rəmzi kimi havaya uçurulacaq. Şarı tapan şəxs şarın içində göstərilmiş UAFA-nın əlaqə vasitələrinə müraciət etməklə 5AZN məbləğində mobil danışıq kartı qazanacaq. Şəffaflığı təmin etmək məqsədilə satılmış biletlərin sayı, əldə olunmuş vəsaitin məbləği, məbləğin hansı məqsədlə və hara xərclənməsi barəsində ətraflı məlumatı və hədiyyələri qazanmış insanların adları UAFA veb səhifəsində ( http://uafa.az ) və 17 000-ə yaxın izləyicisi olan facebook səhifəsində ( http://fb.com/uafa.az ) yerləşdiriləcək.

İndi sizlərə, bütün ölkə vətəndaşlarına müraciət edirik: Lotereya kampaniyamıza qoşulmaqla sizlər də uşaqlarınızın təhsilinə dəstək ola bilər, bununla da gələcək həyatlarında dönüş yaratmış olarsınız!

Lotereya haqqında bütün məlumatlar burada uafa.az

VIDEO burada http://youtu.be/fbu4UC6KZS0
Şərhlər
Sosial bölməsinin xəbərləri