Günay seriala çəkilmək üçün Bosniya-Hersoqovinaya gedir

Günay seriala çəkilmək üçün Bosniya-Hersoqovinaya gedir Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva Rusiyanin "Rossiya 1" telekanalında çəkdiyi “Türk tranziti” serialında çəkilmək üçün Bosniya Hersoqovinaya gedəcək.


Günay Sarayevo şəhərindən “Best Model of the World” yarışmasının münsiflər heyətində iştirak etmək üçün Bolqarıstana yollanacaq.


"Baxmayaraq ki, vaxt baxımından bu il ölkəmiz yarışmada iştirak etməyəcək amma Best Model of the world-da Azərbaycan nümayəndəsi münsiflər heyətində yer alacaq", - deyə Günay Musayeva məlumat verib.


“Ölkəmiz müsabiqədə gələn il təmsil olunacaq. Bu məsuliyyətli işi mənə tapşırdığı üçün Erkan Özermana təşəkkür edirəm. Vaxt azlığından qərara gəldik ki, müsabiqəni gələn il təşkil edək. Bu il sadəcə olaraq müsabiqədə yenə də münsif kürsüsündə əyləşəcəm və ölkəmi layiqincə təmsil edəcəm",-deyə əlavə edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri