Şəmkirdə qızı 9 nəfər tərəfindən zorlanan ata danışdı
- 14.11.2013, 20:58,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Ötən il Şəmkir rayon Şiştəpə kəndində 28 yaşlı qadının kütləvi şəkildə zorlanması barədə açılmış cinayət işinə ədalətli baxılmır". Bu barədə zorlanan 28 yaşlı Nailə Xanverdiyevanın (ad şərtidir) atası Xəlil Xanverdiyev (ad şərtidir) ANS-ə şikayətində bildirib. Onun sözlərinə görə, qızı ötən ilin sentyabrın 14-də gecə saatlarında 9 nəfər tərəfindən zorlanıb.
Hadisə baş verərkən evdə qadının azyaşlı oğlu və özündən başqa heç kəs olmayıb. Qadının əri həmin vaxt Rusiyada olub. Kişinin iddiasına görə, gecə saatlarında 9 nəfər şəxs sərxoş və narkotik maddə qəbul etmiş halda evə giriblər. Onlar qadını möhkəm döyüb və kütləvi halda zorlayıblar.
"Bu barədə şikayət etsək də, məsələyə ədalətli baxılmayıb. Onu zorlayanların bəziləri qaçaraq gizlənib. Bəziləri isə tutulsa da, zorlanma ilə deyil, başqa maddələrlə günahlandırılır. Bu hadisəyə görə digər qızım dözmədi və öldü. Onlar bizim ailəni məhv etdilər".
Məsələ ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət etdik. Polisdən ANS PRESS-ə bildirdilər ki, zorlanma barədə şikayət daxil olsa da, bu öz təsdiqini tapmayıb.
“Onların günahlandırdıqları şəxslər tutulub. Lakin araşdırmalar zamanı qadının zorlanmadığı məlum olub. Ümumiyyətlə həmin qadın kənddə yaxşı adla tanınmır. Hazırda iş Şəmkir rayon Prokurorluğunda araşdırılır”, - deyə polis şöbəsindən bildirilib.
Qeyd edək ki, artıq istintaq yekunlaşıb. Günahlandırılan şəxslərin əməli sübuta yetirilməyib.