Bakıda kafe işçisi iş yoldaşının 1 dollarını oğurlayıb

Bakıda kafedə oğurluq baş verib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 14-ü saat 13:00 radələrində Təbriz küçəsində yerləşən kafedə oğurluq baş verib. Belə ki, kafedə işləyən Bakı şəhər sakini Rəşad Quliyev iş yoldaşı Orxan Talışlıya məxsus pul kisəsini oğurlayıb. İçərisində 78 manat, 1060 rubl və 1 ABŞ dolları olan pul kisəsini masanın üzərindən oğurlayan Rəşad Quliyev onları xərcləməyə macal tapmayıb. Oğurluqda şübhəli bilinən R.Quliyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi və Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi açılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri