Azərbaycanda 83 yaşlı kişi 72 yaşlı arvadını, sonra isə özünü güllələyib
- 15.11.2013, 12:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Astara rayonunda dəhşətli qətl törədilib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sığaloni kəndində qeydə alınıb.
Kənd sakini, 83 yaşlı İsmayıl Qubad oğlu Qulamov ailə münaqişəsi zəminində həyat yoldaşı, 72 yaşlı Məhbubə Xanhəsən qızı Nurəliyevanı odlu silahla qətlə yetirib.
İ. Qulamov daha sonra özünü güllələyib. O da ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.