ARDNŞ: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda təxminən 300 milyon ton neft hasil edilib
- 08.05.2013, 12:53,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində indiyə qədər təxminən 300 milyon ton neft hasil edilib. Trend-in məlumatına görə, bu barədə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, hasil edilən neftin ümumi həcmindən 152 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür.
Yusifzadənin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"ndən sonra ikinci böyük nailiyyətdir. Onun sözlərinə görə, AÇG-dən hasil edilən neftin ümumi həcmindən 215 milyon ton BTC vasitəsilə daşınıb.