Astanada 16 Azərbaycan vətəndaşı saxlanılıb
- 15.11.2013, 18:20,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Astana Beynəlxalq Hava Limanında Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın “Kazinform”a istinadən xəbərinə görə, onun əlində 15 Azərbaycan vətəndaşına məxsus pasportlar olub.
Aeroportda aparılan yoxlama zamanı daha 16 Azərbaycan vətəndaşı müəyyən edilib. Məlum olub ki, onlar Qazaxıstan ərazisində qalma qaydalarını pozublar və lazım olan müddətdə ölkə ərazisini tərk etməyiblər.
Astananın Yesil rayon Məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşları 2 sutka müddətinə azadlıqdan məhrum ediliblər. Bu müddət başa çatdıqdan sonra onlar Qazaxıstandan deportasiya ediləcəklər.