Baş həkim: Dörd xəstə gecə qapını sındıraraq 1 saylı Psixiatriya Xəstəxanasından qaçıb
- 16.11.2013, 13:12,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərindəki 1 saylı Psixiatriya Xəstəxanasından 4 xəstə gecə polisə hücum edərək xəstəxanadan qaçıb. Bu barədə Trend-ə 1 saylı Psixiatriya Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov məlumat verib.
Baş həkim deyib ki, həmin xəstələr gecə qapını sındıraraq xəstəxanadan qaçıblar.
Baş həkimin sözlərinə görə, həmin xəstələr xeyli müddətdir ki, xəstəxanada müalicə olunurlar: "Onlardan biri 3,5 il, biri 1,5 il, biri yarım ildir ki, xəstəxanada müalicə edilirlər. Hazırda həmin xəstələrin geri qaytarılması istiqamətində ciddi işlər aparılır".