2015-ci ilə qədər Azərbaycanda 3,5 min kilometrdən artıq avtomobil yolu təmir olunacaq
- 08.05.2013, 12:57,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2006-2015-ci illər ərzində Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC tərəfindən respublika əhəmiyyətli 3578 kilometr avtomobil yolunun yenidən qurulması və əsaslı təmir işləri aparılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü SC rəhbəri Cavid Qurbanovun "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilir.
Məqalədə bildirilir ki, həmçinin bu müddət ərzində 5928 kilometr avtomobil yolunun yenidən qurulması və əsaslı təmir işlərinin aparılacağı planlaşdırır.
"Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə müxtəlif yol qovşaqlarında yol ötürücülərinin (körpülərin) və keçidlərin tikintisi nəzərdə tutulub. Hazırda bu işlər uğurla həyata keçirilir".
Onun sözlərinə görə, ötən il ümumi istifadədə olan 537,2 kilometr avtomobil yolu tikilib və təmir olunub. Bunun da 134,6 kilometri respublika, 402,6 kilometri yerli əhəmiyyətli avtomobil yoludur. Həmçinin ötən il 25 körpü istismara verilib.