Samur-Abşeron kanalında meyit tapılıb

Bu gün Samur-Abşeron kanalından naməlum kişi meyiti tapılıb.

APA-nın verdiyi məlumata görə, təxminən 45-50 yaşlarında olan naməlum kişi meyiti kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsindən tapılıb.

Əraziyə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Siyəzən Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, meyiti tapılan şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri