Şirvanda baş verən qəzada hər iki sürücü yaralanıb

Bu gün günorta saatlarında Şirvan şəhəri ərazisində baş vermiş qəzada iki nəfər yaralanıb.

APA-nın verdiyi məlumata görə, günorta saatlarında Şirvan şəhəri ərazisində Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində Şirvan sakini, 1978-ci il təvəllüdlü Qurbanov Rəşad Kamil oğlu idarə etdiyi VAZ -2107 markalı 10 NU 322 dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayon Nizami kənd sakini, 1982-ci il təvəllüdlü Əmiraslanov Rüfət Oqtay oğlunun idarə etdiyi VAZ- 2106 markalı 18 BC 777 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində zərbənin gücündən VAZ- 2106 markalı avtomobil yolun kənarında dayanan yük maşınına çırpılıb. Hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri