Şəkidə bir ailə qəzaya düşüb, ana ölüb, ata və iki körpə isə ağır yaralanıb

Şəkidə baş verən ağır yol qəzasında ailənin bir üzvü ölüb, daha üç üzvü isə yaralanıb.


APA-nın məlumatına görə, qəza Şəki-Qax yolunun Şəki rayonunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonu, Aşağı Göynük kənd sakini Zamanov Süleyman Zəkəriyyə oğlu idarə etdiyi “VAZ 2106” markalı, 44-BB-104 dövlət nişan nömrəli avtomobillə Aşağı Göynük kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.


Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Süleyman Zamanov, onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Salamova Ülviyyə Süleyman qızı, uşaqları-2007-cı il təvəllüdlü Zamanov Zəkəriyyə Süleyman oğlu və 2006-cı il təvəllüdlü Zamanova Şahzadə Süleyman qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.


Həkimlərin səylərinə baxmayaraq, Ülviyyə Salamovanın həyatını xilas etmək mümkün olmayıb. Süleyman Zamanovun və onun iki azyaşlısının vəziyyəti isə orta ağır hesab olunur. Onlar Şəki MRX-nın reanimasiya və cərrahiyə şöbələrinə yerləşdiriliblər.
Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri