Kazanda qəzaya uğrayan təyyarədə həlak olanlar arasında Tatarıstan prezidentinin oğlu da var
- 18.11.2013, 00:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzası zamanı Tatarıstan Respublikasının prezidentinin oğlu və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi də həlak olub.
APA-nın verdiyi məlumata görə, Tatarıstan avikompaniyasının açıqladığı siyahıda Tatarıstan prezidentinin oğlu İrek Minnixanov və FTX rəisi Anleksandr Antonovun adları göstərilib.
Qeyd edək ki, bu gün Moskva vaxtı ilə saat 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.
Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.
Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.