Rusiya FHN: Kazanda təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Rusiya FHN: Kazanda təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur İlkin məlumata görə, Kazanda təyyarə qəzası nəticəsində həlak olan sərinişinlər arasında Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Trend Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Həmçinin, ilkin məlumata əsasən, qəza nəticəsində ölənlər arasında Rusiya vətəndaşları ilə yanaşı, bir Böyük Britaniya vətəndaşı da var.

Qeyd edək ki, bu gün axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri