Azərbaycanda sürücülük vəsiqəsinin itirilməsinə görə cərimənin ləğvi qüvvəyə mindi
- 08.05.2013, 13:02,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu təsdiq edib.
Dəyişikliklərin qüvvəyə minməsi ilə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.
Qeyd edək ki, əvvəllər qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.