Azərbaycanda polis serjantı qəza törədib, həyat yoldaşı ölüb

Azərbaycanda polis serjantının törətdiyi ağır qəzada həyat yoldaşı ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 16-da saat 19.40 radələrində Qax rayonunun Cəlayır kəndində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Hüseyn Məmmədovun xidmətdən kənar vaxtı idarə etdiyi “Volksvagen” markalı və İlisu kənd sakini Arif Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.

Nəticədə H.Məmmədovun sərnişini, arvadı Pərvanə Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri