Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi atmosferin yaradılmasına hər cür kömək göstərməyə hazırıq”

“Rusiya Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ məsələsi üzrə birbaşa təmasların bərpa olunacağına ümid edir və problemin həllinə dəstək verməyə hazırdır”.

APA-nn “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Lavrov münaqişənin daha əvvəl əldə olunmuş müəyyən razılıqlar və hər iki tərəf üçün məqbul əsasda həlli üçün lazımi atmosferin yaradılmasına hər cür kömək göstərəcəklərini söyləyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri