Azərbaycanda iş adamı avtomobilində öldürülüb
- 19.11.2013, 01:51,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəran rayonunda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Lənkəran rayonu Göyşaban kəndi ərazisində, Ələt-Astara yolunun yaxınlığında baş verib.
Göyşaban kənd sakini Nəzərov Etibar Vəkil oğlu 90 RV 863 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilində tapançadan başına atəş açılmaqla güllələnib. Onun şəxsi münasibətlər üzündən yaranmış mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, mərhumun qohumları və hüquq-mühafizə orqanlarının əməkdaşları qətl törədilmiş ərazidədirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qətlə yetirilən şəxsin iş adamı olduğu, qum ticarəti ilə məşğul olduğu bildirilir.