Prezident Administrasiyası yaxınlığında parkda naməlum meyit tapılıb

Bakıda Prezident Administrasiyasının yaxınlığında naməlum meyit tapılıb.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyit Cəfərovlar qardaşları, 11 ünvanında yerləşən parkda aşkarlanıb.

Meyiti tapılan şəxsin 40-45 yaşlı naməlum kişi olduğu bildirilib.

Prokurorluqdan həmçinin bildirilib ki, meyitin üzərində xəsarət aşkar edilməyib. Ölən şəxs tüfeyli həyat tərzi sürdüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri