Açlıq oyunları. Alov yanacaq ayın 21-dən Azərbaycanda nümayişi başlayacaq

Açlıq oyunları. Alov yanacaq ayın 21-dən Azərbaycanda nümayişi başlayacaq Ən çox gözlənilən layihələrin siyahısını qabaqcadan tutmaq artıq ənənədir. Açlıq oyunları. Alov yanacaq filmi bu payızın siyahısında birinci yerdədir.


Noyabrın 21-i Park Cinema şəbəkəsində ən çox gəlir əldə edəcək filmlərdən biri, Süzanna Kollinsin dünya bestsellerinin ekranizasiyasının premyerası baş tutacaq. Sevgi və qəddarlığı özündə birləşdirən amerikali yazıçının futurustik romanını bir çoxları bəyənir.


Trilogiyanı ekranlaşdırma hüquqları isə Kanadanın Lionsgate Entertainment Corporation media kompaniyasına məxsusdur. Filmin ikinci hissəsini rejissoru Frensis Lourens, rollarda Cenifer Lourens, Liam Hemsvort, Cek Kueyt, Sandra Ellis Leferti və başqaları çəkilmişdi.


Ekran əsərinin süjeti gələcəyin ABŞ-daki əyləncələr üzərində qurulub. Hakimiyyət yeniyetmələr üçün qəddar yarışlar təşkil edir. Burada qələbə - həyat, məğlubiyyət isə ölüm deməkdir.


Amansız Aclıq oyunlarında qalib gələn Kitness Everdin və Pit Mellark evə qayıdırlar. Lakin indi onlar daha böyük təhlükədədirlər, çünki Arenanın qaydaları ilə oynamaqdan imtina etməklə Kapitoliya meydan oxudular. Ənənəyə görə, növbəti, yubiley Aclıq oyunları xüsusi qaydada keçiriləcək və bu dəfə oyunlarda ötən illərin qalibləri iştirak edəcək. Kitness və Pit Arenaya çıxıb ən güclülərlə  rəqabət aparmaq  məcburiyyətindədirlər. Oyunların  qaydaları dəyişəcək. Arena indi daha təhlükəli, miqyas daha böyük, həyatın dəyəri daha yüksək olacaq!
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri