Aynur Talıbova: “Bakılı oğlanlar”ın hamısı bir yerdə Martirosyan eləmir...”
- 19.11.2013, 17:19,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bizim kanallarda silikonlu botokslu manısları izləməkdən millətin gözünə “mazol” çıxıb”.
Teleaparıcı Aynur Talıbova Azərbaycan teleməkanında yayımlanan şou proqramları və “Bakılı oğlanlar”ı sərt dillə tənqid edib.
Talıbova fikirlərini rəsmi “facebook” səhifəsində paylaşıb:
“Bazar sabahı “Comedy club”. Əsrin çempionları – “Bakılı oğlanlar”ın hamısı bir yerdə bir ədəd Qarik Martirosyan eləmir.
Qarpız –keşniş satan azərbaycanlıları Rusiya bazarlarında asıb-kəsərkən rus kanallarında ermənilər əməlli-başlı simalardır.
Bizim kanallarda hara çevirsən silikonlu botokslu manısları və aşağı sinif küçə arvadları səviyyəsində gicbəsər şouları izləməkdən millətin gözünə mazol çıxıb”.