Azərbaycan vətəndaşlarının İsrailə vizasız gediş-gəlişi ilə bağlı müqavilə imzalanacaq
- 19.11.2013, 17:53,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaxın zamanlarda diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşları üçün viza rejimi asanlaşdırılacaq.
APA-nın xəbərinə görə, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında deyib ki, çox yaxın zamanlarda diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə vizasız gediş-gəlişi ilə bağlı müvafiq müqavilə imzalanacaq: “Hazırda çoxlu sayda azərbaycanlılar İsrailə səfər edir. Biz hər ölkə ilə vizanın aradan qaldırılması məsələsini gündəmə gətirmirik. Lakin Azərbaycan bizim üçün çox önəmli olduğundan, çox yaxın zamanlarda vizasız gediş-gəliş məsələsi həll olunacaq”.
İsraildən Azərbaycana hər hansı səfərin gözlənilməsinə gəlincə, səfir qeyd edib ki, paytaxtda keçiriləcək “Bakutel” sərgisində İsrail şirkətləri iştirak edəcək. Bu il Bakıda keçirilən Bakı Humanitar Forumunda Nobel laureatı olan 3 israillinin iştirak etdiyini deyən səfiri qeyd edib ki, gələcək illərdə onların sayı daha da artacaq.