Azərbaycanın futbol millisi Qırğızıstanla heç-heçə oynayıb
- 19.11.2013, 17:55,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan milli komandası növbəti yoxlama matçına çıxıb. Live.az-ın APA-ya məlumatına görə, Berti Foqtsun yetirmələri səfərdə Qırğızıstan millisi ilə üz-üzə gəlib. Bu, millimizin 2013-cü ildə son oyunu olub.
Ötən oyunda Estoniya yığmasına 1:2 hesabı ilə uduzan komandamız bu dəfə də qələbəyə həsrət qalıb. Millimiz zəif rəqiblə görüşdə bərabərliklə kifayətlənib – 0:0.
Bu matçadək ardıcıl 3 məğlubiyyət alan Asiya təmsilçisi uğursuzluq seriyasına məhz yığmamızla matçda son qoyub. Əvvəl 2 dəfə qarşılaşdığı rəqibi hər 2 matçda məğlub edən Azərbaycan yığması bu dəfə eyni uğuru təkrarlaya bilməyib.
Qeyd edək ki, Qırğızıstan millisi ilə görüş komandamızın baş məşqçisi Berti Foqtsun bu postda son oyunu ola bilər. Belə ki, müqaviləsi bu ilin sonunda başa çatacaq almaniyalı mütəxəssislə anlaşmanın uzadılıb-uzadılmaması sual altındadır.
Yoldaşlıq oyunu
19 noyabr
QIRĞIZISTAN – AZƏRBAYCAN - 0:0
Baş hakim: Artyom Kuçin
Hakim köməkçiləri: Sergey Vassyutim, Serik Jappasbayev (hamısı Qazaxıstan)
Bişkek. “Dolen Omurzakov" adına stadion
Azərbaycan: Səlahət Ağayev, Bədavi Hüseynov, Rasim Ramaldanov, Mahir Şükürov, Elnur Allahverdiyev, Vaqif Cavadov, Cihan Özkara, Rüfət Dadaşov, Rauf Əliyev, Rahid Əmirquliyev, Taşkın İltər
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Vladimir Levin, Əli Gökdəmir, Ruslan Əmircanov, Pərdis Fərcad-Azad, Vurğun Hüseynov, Ufuk Budak, Cavid Hüseynov, Vüqar Nadirov, Maksim Medvedev, Anar Nəzirov
Baş məşqçi: Berti Foqts
Qırğızıstan: Pavel Matyaş, Valeri Kiçin, Tahir Avçiyev, Davron Askarov, Farux Abitov, Vadim Xarçenko, Maka Kum, Anatoli Vlasiçev, Axletdin İsrailov, Xurşit Lutfullayev, Devid Tettex.
Ehtiyat oyunçular: Maksim Zinçenko, Ruslan Amirov, Artur Mullacanov, Ari Qlaydja, Aziz Sıdıkov, Azamat Baymatov, Kayrat Jilqarbekoqlu, İldar Amirov, İvan Filatov
Baş məşqçi: Sergey Dvoryankov