“KamAZ”-ın vurduğu Bakı sakini 13 gün sonra xəstəxanada ölüb

Bakıda yük avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 6-sı saat 19:00 radələrində Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində Bakı şəhər sakini Çapay Tağıyev idarə etdiyi «KamAZ» markalı yük avtomobili ilə Arif Cavanşirovu vurub.

Klinik Tibbi Mərkəzə yerləşdirilən A. Cavanşirov noyabrın 19-da orada dünyasını dəyişib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri