ABŞ-da üç qızı oğurlayıb 10 il bir evdə saxladılar

ABŞ-da üç qızı oğurlayıb 10 il bir evdə saxladılar Live.az-ın ABC-yə istinadən bildirir ki, bacıların aşkarlandığı ev onların 10 il əvvəl son dəfə göründükləri yerdən bir neçə kilometr kənarda idi.

Polis evin sahibini, 52 yaşlı Ariel Kastronu həbs edib. O, qaçıb aradan çıxmağa çalışsa da, niyyətini reallaşdıra bilməyib.

Qonşuların dediklərinə görə, Kastro məktəb avtobusunda sürücü çalışırdı.

Polis həbs olunan qardaşların adlarını açıqlamır. Sadəcə, deyilib ki, onlar 50, 52 və 54 yaşlı şəxslərdir. Bu adamlar Kastro və onun qardaşları, yaxud da başqa adamlardır - bilinmir.

Üç bacının tapılması son illər Birləşmiş Ştatların ən qalmaqallı və rezonans yaradacaq cinayət işinə çevriləcək.
CNN bildirir ki, 16 yaşlı Amanda Berri 2003-cü ilin aprelin 21-də itkin düşmüşdü. Həmin gün bacısına telefonla zəng vurmuş Amanda çalışdığı Burger King restoranından evə maşınla gələcəyini deyib.

Bir il sonra isə elə həmin rayonda 14 yaşlı Cina Dehesus yoxa çıxıb. İndi 32 yaşı olan Mişel Nayt isə 12 il əvvəl itkin düşmüşdü.
Polisdən verilən məlumata görə, bu qızlar oğurlanmışdılar və indi tapıldıqları evdə zorla saxlanırdılar.

10 illik sirri açmağa yerli sakinlərdən biri yardım edib. Qışqırıq səsləri eşidəndə o, Kastronun evinə yaxınlaşıb, Amandanın pəncərədən çıxmasına kömək edib və 911 xidmətinə zəng vurub. Evdə bir neçə uşaq da vardı. Həmin uşaqlardan birini, balaca qızı Amanda qucağında çölə çıxarıb.

Qadınların üçü də hospitala aparılıb. Onların durumunun normal olduğu deyilir. Şəhər sakinləri qadınların müalicə olunduğu hospitalın ətrafına yığışıblar.

ABŞ-da üç qızı oğurlayıb 10 il bir evdə saxladılar








Şərhlər
Dünya bölməsinin xəbərləri