«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq

«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq Bakıda Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, «Şəfa» stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi davam etdirilir. Layihə üzrə tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir.

Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 4 hərəkət zolağından ibarət olacaq tunelin hazırda istinad divarlarının naxışlı beton piltələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi və yan yollara bordür düzələrək asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri gedir.

«Sözügedən ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu isə 105 metr, eni 16 metr, hündürlüyü 3 metr nəzərdə tutulub. 4 giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır. Ümumilikdə, layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci Köndələn küçəsinə və hava limanına maneəsiz hərəkət edə biləcəklər.

«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq
«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq
«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq
«Şəfa» stadionu qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi gələn il yekunlaşacaq
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri