Sevil və Sevinc Səfərova bacıları "O səs Türkiyə" müsabiqəsinin ikinci mərhələsindən keçə bilmədilər.
Mahnı müsabiqəsinin ikinci mərhələsinə start verilib.
Ebru Gündəşin komandasında olan azərbaycanlı bacılar və Tuğçe Gendigelen Özden Çavuşla birgə duelə çıxıblar.
“Türkan“ mahnısını ifa edən iştirakçılar arasından əslən azərbaycanlı olan Tuğçe Gendigelen möhtəşəm çıxışı ilə qalib olaraq növbəti mərhələyə vəsiqə qazanıb. Sevil və Sevinc bacıları isə müsabiqəni tərk etməli olublar.
Veriliş davam edərkən "O səs Türkiyə"nin Facebook səhifəsində və Acunn.com saytında "Möhtəşəm duel Ebrunun komandasından çıxdı" başlıqlı xəbərlər yer alıb.