Azərbaycan Silahlı Qüvvələrində baş və ali zabitlər üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi artırıla bilər
- 20.11.2013, 17:12,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda dinc dövrdə baş və ali zabitlər üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddinin artırılması təklif olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı bir qrup deputat tərəfindən “Hərbi xidmət haqqında” qanunun 16-cı maddəsinə təklif olunan dəyişikliklər layihəsinin müzakirəyə çıxarılması gözlənilir.
Dəyişikliyə əsasən, baş zabitlərdən mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün son yaş həddi 50 yaş, polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün isə 55 yaş təklif olunur. Ali zabitlərdən general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral üçün 60 yaş, general-polkovnik, admiral rütbələrində olanlar üçün isə 65 yaş təklif olunur. Layihənin gələn il müzakirəyə çıxarılması planlaşdırılır.
Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş hədləri müəyyən edilir:
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 37 yaş;
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş;
Kiçik zabitlər üçün - 48 yaş;
Baş zabitlər üçün:
mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş;
polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş;
Ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş.
Ordu generalı üçün son yaş həddi müəyyən edilmir”.