Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə elan edilib
- 21.11.2013, 01:15,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində vakant olan yerlərə müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə elan edib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak edə bilərlər.
Namizədlər 22-26 noyabr tarixlərində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bannerindən “Şəxsi səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.
Vakant yerlərin seçimi 26 noyabr tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin “Şəxsi səhifə”sinə göndəriləcək. Vakant yer tutan namizədlər “Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək.