Gəncədə tramvay xətti çəkiləcək
- 21.11.2013, 01:31,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gələn il Gəncədə tramvay xəttinin çəkilişinə başlanacaq. APA-nın verdiyi məlumata görə, layihə bu gün Gəncə şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələri ilə müzakirə edilib.
Tədbirdə tramvay xəttini çəkəcək Fransanın “Newtl” şirkətinin nümayəndələri də iştirak edib. Gəncədə hərəkət edəcək tramvayın müasir və bir çox üstünlüklərə malik olacağı bildirilib. Şirkətin region üzrə kommersiya direktoru Anna Samsonova bildirib ki, Gəncədə hərəkət edəcək tramvayın rəngi göy olacaq: “Gəncədə sarı rəngdə binalar və fasadlar çoxdur. Rənglərin bir-birini tamamlaması üçün tramvay göy rəngdə olacaq və üzəri milli ornamentlərlə örtüləcək. Nəqliyyat vasitəsinin ümumi uzunluğu 25 m, eni 2, 2 m, ağırlığı isə 23 tondur”.
A.Samsonova tramvayın rezin örtüklü təkərlərlə saatda 70 km sürətlə hərəkət edəcəyini və çox səssiz olacağını bildirib. Tədbirdə qeyd olunub ki, tramvay ilk olaraq Gəncənin dəmir yolu stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi hərəkət edəcək. Bu yolda 12 dayanacaq olacaq və hər dayanacaqlarda hərəkət vaxtını göstərən lövhələr vurulacaq. Tramvay xətti ilə paralel velosiped yolu da çəkiləcək.
Tədbirdə şirkət nümayəndələri müxtəlif ölkələrdə çəkib istifadəyə verdikləri tramvay xətləri haqqında məlumat verib və şəkillərini göstəriblər. Tədbirin sonunda Gəncə ŞİH-in başçısı Elmar Vəliyevlə “Newtl” şirkətinin kommersiya direktoru Jan Fransua Arjans arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, Gəncədə 1923-cü ildə tramvay xətti çəkilib. Ötən əsrin 70-ci illərində bu nəqliyyat vasitəsi şəhərdə ləğv edilib.