NATO-nun zabit-koordinatoru: “Azərbaycan NATO üçün vacib tərəfdaşdır”
- 21.11.2013, 12:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“IPAP - bizim əməkdaşlığımızın mühüm hissəsidir.
Ötən il IPAP-ın növbəti fazası üzrə saziş imzalamışıq”. APA-nın xəbərinə görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu bildirib.
Onun sözlərinə görə, Azərbaycan və NATO-nun tərəfdaşlıq proqramı çərçivəsində sıx əməkdaşlıq etməsi çox mühümdür: “Azərbaycan bizim üçün vacib tərəfdaşdır”.
“ISAF-ın Əfqanıstandan çıxarılacaq yüklərinin Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınması üçün Azərbaycanla razılaşma mövcuddurmu?” sualını U.Lahyu belə cavablandırıb: “Belə bir təklif var. Amma Bakı-Tiflis-Qars dəmir yolu hələ işə salınmadığından, yalnız layihə hazır olduqdan sonra bu barədə danışmaq olar”.