Bakıda mənzildə Ukrayna vətəndaşının meyiti tapılıb
- 21.11.2013, 12:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda mənzildə Ukrayna vətəndaşının meyiti tapılıb.
Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Əlibəyov qardaşları 25, mənzil 17-də qeydə alınıb. Meyiti tapılan Ukrayna Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Rakovskaya Mella İvanovnanın həmin ünvanda yaşadığı bildirilir.
Onun ürək tutmasından vəfat etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.