Ağdamda ər həyat yoldaşını və qayınanasını bıçaqlayıb
- 21.11.2013, 17:55,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdamda “Dördyol-2” qəsəbəsində ər arvadını və qayınanasını bıçaqlayıb.
APA-nın xəbərinə görə, rayonun Tağıbəyli kəndindən didərgin düşüb sözügedən qəsəbədə məskunlaşan Şükür Həsən oğlu Kərimov ailə münaqişəsi zəminində 1978-ci ildə anadan olmuş həyat yoldaşı Bədəlova Esmira Rasim qızına və 1955-ci il təvəllüdlü qayınanası Bədəlova Gülarə Nəcəfqulu qızına bıçaqla müxtəlif xəsarətlər yetirib. Xəsarət alanlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxananın həkim-cərrahı Kamil Həsənov bildirib ki, hər iki yaralının vəziyyəti kafidir, həyatlarına heç bir təhlükə yoxdur.