Azərbaycanın Xaçmaz rayonunun Xraxoba kəndinin adı dəyişdirilib
- 22.11.2013, 14:16,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Məclisinin bu gün keçən iclasında “Xaçmaz rayonunun Xraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
O bildirib ki, bu ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub.
A. Rəhimzadənin sözlərinə görə, kəndin sakinləri Xraxoba sözünün mənasını bilmədiklərindən kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib: “Kənd sakinləri həmin əraziyə Palıdlı adının verilməsini istəyiblər. Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı, 2 il əvvəl oradan köçürüldülər. Bu proses Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilib”.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.