Azərbaycanda lisenziyası olmayan mehmanxanalarla mübarizə gücləndirilib
- 14.03.2013, 00:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mədəniyyət və Turizm Nazirliyi lisenziyası olmayan mehmanxanalara qarşı birgə mübarizə aparmaq üçün Vergilər və İqtisadi İnkişaf nazirliklərinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 514 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir, bunlardan yalnız 260-ı zəruri lisenziya əldə edib.
"Hazırda özünü dördulduzlu və ya beşulduzlu adlandıran hotellər var, halbuki əslində onların müvafiq icazələri yoxdur. Bu, istehlakçıların hüquqlarının pozulmasıdır. Nazirlik belə obyektlərin bəziləri ilə məhkəmədə çəkişir", - Səmədov qeyd edib.
Nazirlik hazırda turizm xidmətlərinin göstərilməsi üçün lisenziyanın verilməsi ilə bağlı 15 hotelin müraciətinə baxır.