Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində inşa olunan metro stansiyası mayda istifadəyə veriləcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində inşa olunan metro stansiyası mayda istifadəyə veriləcək Bakı Metropoliteninin Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində stansiyasının tikintisi başa çatmaq üzrədir.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Metropoliten rəisi Tağı Əhmədov bildirib.

T. Əhmədov qeyd edib ki, hazırda tamamlanma işləri gedir: “Planımıza görə, işlər belə davam edərsə, stansiya Heydər Əliyevin 91 illiyi münasibətilə may ayında istifadəyə veriləcək”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri