Misir Türkiyə səfirindən ölkədən çıxmasını tələb edib və Ankaradakı səfirini geri çağırıb
- 23.11.2013, 15:04,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Misir hökuməti Türkiyə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa qərar verib. APA-nın Türkiyənin NTV televiziyasına istinadən verdiyi məlumata görə, Misir Türkiyədəki səfirini geri çağırıb və Türkiyənin Qahirədəki səfirindən ölkəni tərk etməsini tələb edib.
Xatırladaq ki, Misirdə prezident Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində devrilməsi Türkiyə hökumətinin kəskin etirazına səbəb olub. Ərdoğan hökuməti Misirdə çevriliş nəticəsində formalaşan hökuməti tanımır və M. Mursiyə dəstəyini davam etdirir.