Ağ Ev: İran uranı 5 faizdən yuxarı zənginləşdirməməyə razılaşıb
- 24.11.2013, 23:32,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Altılıq” ölkələri ilə əldə olunmuş razılığa əsasən, İran uranı 5 faizdən yuxarı zənginləşdirməməyə, 20 faizədək zənginləşdirilmiş uranı isə 5 faizlik həddən aşağı salmağa razılıq verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Bundan başqa, Amerika administrasiyasının məlumatında deyilir ki, İran əlavə sentrifuqalar quraşdırmamağa, təkmilləşdirilmiş sentrifuqaların istifadəsindən və uranın zənginləşdirilməsi üçün yeni obyektlərin tikintisindən imtina etməyə razılaşıb.
“İran həmçinin uranla bərabər nüvə silahının istehsalında istifadə edilə biləcək plutoninin əldə olunması üçün proseslərə son qoyacaq”, deyə Ağ Evin açıqlamasında deyilir.